Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Radikal müxalifətin təxribat planı baş tutmadı

Radikal müxalifətin təxribat planı baş tutmadı

Bakı Şəhər İcra Hakimiyyətinin  razılığı ilə oktyabrın 8 – də  adlarını “Demokratik Qüvvələrin Milli Şurası” qoyan qondarma  qurumun və Azərbaycan Xalq Cəbhəsi Partiyasının  nümayəndələrinin işritakı ilə keçirilən piketi  radikal müxalifətin iç üzünü bir daha açdı. Əslində, onların  əsas məqsədlərinin heç də piket keçirmək yox, təxribat törətmək olduğu törətdikləri əməllərdən də bəlli oldu. Ölkəmizin inkişafını, dünya birliyinə inteqrasiyasını, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşmasını həzm edə bilməyən xəyanətkarlar növbəti dəfə  qarşıdurma, çaşqınlıq yaratmağa cəhd etdilər. Ancaq bu dəfə də iflasa uğradılar.

Radikal müxalifətin “drijoru” AXCP sədri Əli Kərimli qorxusundan və eqoistliyindən  piketdə görünmədi.  Həmişə olduğu kimi, bu dəfə də aldatdığı sadəlövh adamları irəli verərərk, özü arxada gizlənmişdi. Əsas tapşırıq da hansı vasitələrlə olursa-olsun, təxribat törətmək, polislə qarşıdurma yaratmaq, sonra isə  antiazərbaycan qüvvələrə Azərbaycanda “azad sözün boğulması”,  “polisin əhaliyə qarşı zorakılıq etməsi”, “insan hüquqlarının pozulması”  barədə “fakt” ötürmək.  Ancaq asayiş keşikçilərinin səbr və təmkini radikalların xəbis niyyətlərini ürəklərində qoydu. Onların “siyasi şousu” istədikləri nəticəni vermədi.

AXCP sədrinin  tapşırıqları  aksiya prosesində qanunların tələblərinə əməl olunmamasında, təhlükəsizlik və ictimai asayişin pozulmasına cəhdlərdə, vətəndaşların dinc yaşayış və istirahət hüququna hörmətsizlikdə özünü açıq şəkildə büruzə verdi. Hətta,  nəqliyyatın fəaliyyətinə maneçilik törədilməklə, məktəblilərin küçəni keçmələrinə problem yaratmaqla  təxribat planlarını həyata keçirmək istəsələr də, buna nail ola bilmədilər.

Müvafiq icra hakimiyyəti ilə piketdə 50 nəfərin iştirakl  barədə razılıq əldə olunsa da,  radikal müxalifət xüsusi öyrədilmiş adamlarla iştirakçıların sayını süni surətdə artırmaqla, guya, çoxlu sayda  tərəfdarlarının olması barədə rəy formalaşdırmaq istəyirdilər. “Bəlkə də qaytardılar” sevdası ilə yaşayan AXCP və qondarma “Milli Şura”  “siyasi dividend” qazanmaq üçün “hər cür təxribatlar məqbuldur” formul ilə hərəkət edirdilər.

Piket iştirakçıları qanunun tələblərini kobud şəkildə pozmaqla yanaşı,  razılaşdırmadan kənar, “piketə dəstək” adı altında qanunsuz çağırışlar edir və bu yolla küçədən keçənlərin diqqətini özlərinə cəlb etmək  istəyirdilər. Baş verənlər, qeydə alınan özbaşınalıq, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına  vurulan ziyan, kommunal xidmətlərin tullantı qutularının dağıdılması və bununla da  antisanitariya  qaydalarının  pozulması radikal müxalifətin əsas məqsədinin heç də piket keçirmək yox, təxribat törətmək olduğundan xəbər verirdi.

İcazəli piket zamanı  müşahidə olunan qanun pozuntuları,  təşkilatçıların “piketə dəstək” adı altında qanunsuz çağırışlar etməsi, paytaxt küçələrində bir saat ərzində intizamsızlıq nümayiş etdirmələri  acınacaqlı  vəziyyət yaratsa da, asayiş keşikçiləri qanunsuzluğun qarşısını qarşıdurma olmadan aldı.

Bu dəfə də radikal müxalifət iflasa uğradı. İcazəli piketi normal keçirmək qabiliyyətndə olmayan, 50 nəfəri idarə etməyə qabiliyyəti çatmayan AXCP və qonsarma “Milli Şura”nın ölkəni idarə etmək fikrinə düşməsi çox gülünc görünür. Onsuz da gülüş hədəfi olan radikal müxalifət bu dəfə də iç üzünü ortaya qoydu.

Piket iştirakçılarının təhlükəsizliyini təmin edən  polis əməkdaşları ictimai asayişi qorumaq,  qayda-qanunu  bərpa etmək, insanların hüquqlarını təmin etmək üçün üzərlərinə düşən vəzifələri qanunvericiliyə müvafiq olaraq peşəkarlıqla yerinə yetirmələri radikal müxalifətin çirkin niyyətini ürəyində qoydu.

 

Mehman İSMAYILOV,
Yeni Azərbaycan Partyisal Səbael rayon təşkilatı sədrinin müavini

10 Oktyabr 2019 15:37 - CƏMİYYƏT
CƏMİYYƏT
11 Oktyabr 2019 | 12:23
Köhnə hamam, köhnə tas

Köhnə versiyamızdan xəbərləri izlə