Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ege Hospital"a yeni Baş direktor təyin olunub

“Ege Hospital

"Ege Hospital"a yeni Baş direktor təyin edilən Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsini bitirmişdir. 2011-2015-ci ildə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universiteti Endokrinologiya və Metabolizm xəstəlikləri kafedrasında təhsil almışdır.

Doktor Samir Şükürov, Əziz Əliyev adina Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı, Türkiyə Endokrinoloji və Metobolizm Dərnəyinin – Fəxri üzvü, Amerika və Avropa Endokrinologiya cəmiyyətinin – həqiqi üzvüdir. Xarici və yerli jurnallarda çap olunmuş bir çox məqalələrin müəllifidir.

Qeyd edək ki, S.Şükürov – həkim endokrinoloqdur. Bu vəzifədən öncə HB Güvən klinikasının endokrinologiya şöbəsinin müdiri və daha sonra baş həkimi vəzifəsində çalışıb. Türkiyə və Azərbaycanın sayılıb seçilən professor, dosent, uzman həkimlərinin fəaliyyət göstərdiyi Ege Hospital hər zaman güclü, sağlam işçi heyəti, xəstə məmnuniyyəti, tibb texnalogiyasındakı ən müasir avadanlıqları ilə tibbin bütün sahələrində fəaliyyət göstərib və çox müəssisələrdən seçilib.
Baş direktor S.Şükürov bildirib ki, perspektiv planımız xəstəxanamızda tibb sektorunun ən son nailiyyətlərini tətbiq etmək, tək ölkə ərazisində deyil, həm də ölkə xaricindən insanların müalicə üçün bizə üz tutmasını təmin etmək və yüksək peşəkarlıqla xalqımıza xidmət göstərməkdir.

 

“Xalq qəzeti”

10 Oktyabr 2019 15:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə