Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb

Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdə yer alıb

“TurStat” portalının məlumatına görə, Bakı Olimpiya Stadionu azarkeş tutumuna görə MDB-dəki idman arenaları arasında ilk üçlükdədir.

Qeyd edək ki, futbol üzrə 2020-ci il Avropa çempionatının matçlarını qəbul edəcək Bakı Olimpiya Stadionu 69 min azarkeş tutumuna malikdir.

Siyahıda birinci yerdə Moskvanın “Lujniki” (81 min), ikinci yerdə Kiyevin "Olimpiya" stadionu (70 min) qərarlaşıb.

İlk beşlikdə, həmçinin Sankt-Peterburqun “Qazprom Arena” (68 min) və Tbilisinin Boris Payçadze adına stadionu (55 min) yer alıb.

“Bakcell Arena” 15 min azarkeş tutumu ilə ilk 15-likdə yer alıb.

 

“Xalq qəzeti”

10 Oktyabr 2019 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə