Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət naziri Əbülfəs Qarayev Yaradıcı və Mədəniyyət Sənayelərinin nümayəndələri ilə görüşmüşdür

Mədəniyyət naziri Əbülfəs Qarayev Yaradıcı və Mədəniyyət Sənayelərinin nümayəndələri ilə görüşmüşdür

Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkədə Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) sahələrində (musiqi, dizayn, memarlıq, moda sənəti, sənətkarlıq, təsviri sənət, film, video, foto sənəti, ədəbiyyat və nəşriyyat, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiyalar) fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri, prodüserlər və fərdi ekspertlərlə görüş təşkil edilmişdir.

Görüş iştirakçılarını salamlayan Əbülfəs Qarayev Azərbaycanda YMS-lərin inkişafı istiqamətində aparılan fəaliyyətlər və perspektiv planlar haqqında qısa məlumat vermişdir.  Qeyd etmişdir ki, görüşün məqsədi YMS nümayəndələri ilə fikir mübadiləsinin aparılması, əməkdaşlıq mühitinin yaradılması və gələcəkdə birgə inkişaf layihələrinin həyata keçirilməsidir.

Sonra nazirliyin aparat rəhbəri - beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə “Yaradıcı və Mədəniyyət Sənayeləri” haqqında təqdimat edərək bu sənayelərin dünyada və ayrı-ayrı ölkələrin iqtisadiyyatında rolu, sosial töhfəsi haqqında nümunələr gətirmişdir. Tədqimatda, həmçinin Azərbaycanda YMS-lərin potensial imkanları və mövcud çətinliklər, nazirlik tərəfindən görülmüş işlər və gələcək planlar barəsində məlumat verilmişdir. 

Təqdimatdan sonra nazir Ə. Qarayev YMS-lərə dair ölkədə potensial imkanlar, YMS-lərin inkişafı istiqamətində mövcud fəaliyyətlər və gələcək planlara dair geniş nitqlə çıxış etmişdir. Nazir Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı prosesində YMS-lərin də inkişafının böyük rol oynadığını vurğulamışdır.

Görüş iştirakçıları da öz növbəsində mövzu ətrafında çıxışlar edərək, müvafiq sahələrlə bağlı öz rəy və təkliflərini bildirmişlər. Nazir təkliflərin “Azərbaycanda 2020-2030-cu illər üzrə Yaradıcı və Mədəniyyət Sənayelərinin İnkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanması prosesində nəzərə alınacağını qeyd etmiş və bu qəbildən olan görüşlərin gələcəkdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildirmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 Oktyabr 2019 11:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə