Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk F-16-larından terrorçulara ağır zərbə

Türk F-16-larından terrorçulara ağır zərbə

Türkiyə hərbi qüvvələri Suriya ilə sərhəd ərazilərdə başladığı “Barış pınarı” hərbi əməliyyatını davam etdirir.

Türkiyə Müdafiə Nazirliyi xəbər verir ki, əməliyyatlar eyni anda havadan və quruda aparılır.

Məlumata görə, F-16 hərbi təyyarələri əməliyyatlar çərçivəsində PKK terror qruplaşmasına məxsus 181 hədəfi məhv edib. Hərbi təyyarələr Suriya ilə sərhəd rayonlarından olan Şanlıurfanın Akçakale, Kamışlı, Derik və digər kəndlərində əməliyyatları davam etdirir.

PKK üzvləri Türkiyəyə məxsus təyyarələrin görüntü məsafəsinə maneə yaratmaq üçün yanğınlar törədib.

“Barış pınarı” əməliyyatını Türkiyə hərbi qüvvələri və Suriya Milli Ordusu birgə həyata keçirir.

Əməliyyatların əsas məqsədi Türkiyənin cənub sərhədində yaradılması planlaşdırılan “terror dəhlizini” aradan qaldırmaq, sərhəd bölgəsində başda PKK olmaqla, bütün terror təşkilatlarını məhv etmək, eyni zamanda, yurdundan didərgin düşmüş Suriya xalqını təhlükəsiz şəkildə yenidən ölkəsinə qaytarmaqdır.

Hazırda əməliyyatlar davam etməkdədir. Son məlumatlara əsasən Türkiyə silahlı qüvvələrinə məxsus F-16 döyüş təyyarələri PKK/SDG/YPG məntəqələrinə ağır zərbələr endirməkdə davam edir.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

10 Oktyabr 2019 11:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə