Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı

Növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı

Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən 45 yaşlı qadının əsas şikayətləri ani, şiddətli baş ağrısı olub. Baş beyin tomoqrafiyasında SAQ (subaraxnoid qansızma) aşkar edilib.

Əksər (85-90%) hallarda SAQ-ın səbəbi baş beyin damarlarının qanamış anevrizmasıdır və mütləq angioqrafiya icra edilməlidir. Bu pasiyentdə angioqrafiyada sol orta beyin arteriyası bifurkasiyasında 12 mm, geniş boyunlu anevrizma (M2 inferior trunk anevrizmanın boynundan çıxır) aşkar edilib. DSA icra olunub və embolizasiya üçün anevrizmanın uyğun olmadığına qərar verilib. SAQ-ın 3-cü günündə neyrocərrah Azər Əkbərov tərəfindən həyata keçirilən açıq əməliyyat nəticəsində anevrizma kliplənib. 7 gün sonra nevroloji qüsur olmadan evə yazılan qadında keçən günlər ərzində azalan yüngül dərəcəli mental pozulma izlənilib.

SAQ-da qanama anında xəstələrin 15%-i dünyasını dəyişir. Xəstələrin 25%-i xəstəxanada SAQ ağırlaşmasından (vazospazm və s.) dünyasını dəyişir. Həyatda qalanların sadəcə 20-25%-i tam normal həyata qayıdır.

Qanamış anevrizma təcili müalicə edilməlidir. Müalicəsiz ilk 14 gündə təkrar qanama 20-25%, birinci ayda 40% təşkil edir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

10 Oktyabr 2019 11:03 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə