Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tbilisidə ATƏT-in KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş konfransı keçirilir

Tbilisidə ATƏT-in KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinə həsr olunmuş konfransı keçirilir

Tbilisi şəhərində “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda ATƏT-in XVI media konfransı keçirilir.
ATƏT-in Media Azadlığı Ofisinin təşkil etdiyi konfransda mediada normativ-hüquqi bazalar, əməyin təhlükəsizliyi və yeni media texnologiyaları ilə bağlı məsələlər müzakirə olunur. 
Toplantı çərçivəsində regionda media azadlığı, informasiyanın keyfiyyəti, jurnalistlərin təhlükəsizliyi, media azadlığı və plüralizmi mövzularına həsr olunan dörd panel sessiya təşkil olunacaq.
Azərbaycanı regional konfransda Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov və müxtəlif media qurumlarının nümayəndələri təmsil edirlər.

 

Xətayi Əzizov,
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

10 Oktyabr 2019 01:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə