Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti dövlət büdcəsi hesabına təchizat zəncirinin idarə edilməsi xidmətlərinin satın alınması ilə əlaqədar Açıq Tender Elan Edir

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin  “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti dövlət büdcəsi hesabına təchizat zəncirinin idarə edilməsi xidmətlərinin satın alınması ilə əlaqədar Açıq Tender Elan Edir
Tender iştirakçılarına təklif olunur ki, https://www.etender.gov.az/ dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə etsinlər. 
Müqavilənin şərtlərini yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara sahib olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 250 manatdır. 
Hh- AZ53AİİB33010019444805754148
VÖEN- 4700664781
Bank- “Kapital Bank”ASC-nin Qusar rayon filialı 
Kod- 200480
VÖEN- 9900003611
M/h-AZ37NABZ01350100000000001944
S.W.İ.F.T- AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi, zərflərin açıldığı tarixdən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 27-cı səhifəsində);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı, zərflərin açıldığı tarixdən sonra ən azı 60 (altmış) bank günü qüvvədə olmalıdır (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 30-cu səhifəsində) *;
-təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günündən çox olmalıdır;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid icra vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçının maddi-texniki bazası (nümunə kimi hazırkı əsas şərtlər toplusunun 34-cü səhifəsində);
-müqavilənin yerinə yetirilməsi təminatı - 2% (iddiaçının təklifi 100 000 ABŞ dolları manat ekvivalentindən çox olarsa).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları internet Portalı vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 29 oktyabr 2019-cu il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 8 noyabr 2019-cu il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 8 noyabr 2019-cu il saat 16-00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet portalı vasitəsilə aparılır.
10 Oktyabr 2019 00:59 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
11 Dekabr 2019 | 03:46
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə