• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dini ekstremizm milli təhlükəsizliyimizin düşmənidir

Dini ekstremizm milli təhlükəsizliyimizin düşmənidir

Gəncədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri dini ekstremizm” mövzusunda seminar-müşavirə keçirib. Tədbirdə Goranboy, Göygöl, Samux, Daşkəsən, Naftalan, Kəlbəcər, Xocalı şəhər və rayon icra hakimiyyətlərinin, habelə daxili işlər və ədliyyə nazirliklərinin, Respublika Baş Prokurorluğunun və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli strukturlarının rəhbərləri iştirak ediblər.
Seminar-müşavirədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək deyib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri bu gün də qorunub saxlanılır. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizdə insanların dini etiqad və vicdan azadlığı təmin olunub. Respublikanın hər yerində olduğu kimi, Gəncədə də islami dəyərlər qorunur. Hazırda şəhərdə 1 ziyarətgah və 6 məscid fəaliyyət göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov Azərbaycanda əsrlər boyu formalaşan tolerantlıq mühitinin dünya üçün bir nümunə olduğundan danışıb. O qeyd edib ki, ölkəmizdəki dini və etnik tolerantlıq, multikulturalizm və birgə yaşayış modeli dünya birliyi tərəfindən yüksək dəyərləndirilir və onun daha da möhkəmləndirilməsi üçün müntəzəm iş aparılır. Əgər müstəqilliyimizin ilk illərində ölkəmiz təkcə dinlərarası, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada gedən bu prosesin hərəkətverici qüvvəsinə çevrilib. 
Siyavuş Heydərov onu da qeyd edib ki, ölkəmizin inkişafını istəməyən ünsürlər tərəfindən Azərbaycana sadəcə siyasi yox, həm də dini müstəvidə təsirlərin göstərilmsinə cəhdlər edilir. Yad dini ideologiyaların Azərbaycana ixrac edilməsinə cəhdlər göstərilir. Bunlar İslam dininin xurafat formasında təqdim olunması və siyasiləşdirilmiş formada genişləndirilməsidir. Bu cür seminar-müşavirələrin keçirilməsi də həmin proseslər barədə vətəndaşları, xüsusilə gəncləri maarfiləndirmək məqsədini daşıyır.
Tədbirdə Respublika Baş Prokurorluğunun idarə rəisi Elşən Abbasov, Daxili İşlər Nazirliyinin şöbə müdiri Oktay Tağıyev çıxış edərək, Azərbaycanda dini radikalizm və dini ekstremizmə qarşı aparılan mübarizə və onun hüquqi əsasları barədə danışıblar.
Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Tahir Abbasov isə öz çıxışında Gəncədə “Tasua” və “Aşura”ya hazırlıqla bağlı məlumat verib. Bildirib ki, dini mərasimlər mərkəzləşdirilmiş qaydada “İmamzadə” ziyarətgahında icra olunacaq.
Tədbirdə, həmçinin dini fanatizmin və radikalizmin təsirinə məruz qalmış və bəzi xarici ölkələrdəki ekstremist terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş olunub.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

14 2018 23:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin