Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat” ASC Açıq Tender Elan Edir

 “Azəristiliktəchizat” ASC Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir. 
Lot- 1. İstilik xətlərində qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası üçün qum və çınqılın satın alınması . 
Tender iştirakçıları https:/www.etender.gov.az dövlət satınalmalarının vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensial meyarlara üstünlük veriləcəkdir.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 100 manatdır.
H/h- AZ62AİİB33010019442200226122
VÖEN-1700531291
“Kapital Bank”ın Qaradağ filialı
Kod- 200220
VÖEN- 9900003611
M/h-AZ37NABZ01350100000000001944
SWİFT- AİİBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). 
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağlı sualları portal vasitəsi ilə satınalan təşkilata ünvanlaya bilərlər.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 oktyabr 2019-cu il saat 16.00-a, tender təklifi və bank təminatını isə 7 noyabr 2019-cu il saat 16.00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. 
İddiaçıların təklifləri 8 noyabr 2019-cu il saat 9.00-da açılacaqdır. ­İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd: tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün ­prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

10 Oktyabr 2019 00:58 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Oktyabr 2019 | 10:31
B İ L D İ R İ Ş
18 Oktyabr 2019 | 10:29
AVROMED

Köhnə versiyamızdan xəbərləri izlə