Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pentaqon hərbçilərini Suriyanın şimalından çıxarıb

Pentaqon hərbçilərini Suriyanın şimalından çıxarıb

ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Conatan Hoffman ABŞ-ın Suriyanın şimalındakı hərbçilərini bu ərazidən çıxardıqlarını bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, ABŞ-ın belə bir addımı atmasının səbəbi Türkiyə tərəfindən Suriyanın şimalında hərbi əməliyyatların planlaşdırılması ilə əlaqədar olub. Conatan Hoffman,  həmçinin bildirib ki, ABŞ-ın Suriya ərazisindəki hərbi mövcudluğu dəyişməz qalıb. Bu barədə RİA “Novosti” məlumat yayıb. 
Conatan Hoffman əlavə edib ki, sabitliyin saxlanılması üçün ən yaxşı yol Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması olacaq. “Təəssüf ki, Türkiyə birtərəfli qayda ilə hərəkət etməyə qərar verdi. Nəticədə, biz Suriyanın şimalından ABŞ hərbçilərini onların təhlükəsizliyini təmin etmək üçün çıxardıq”, – deyə Hoffman qeyd edib. 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

10 Oktyabr 2019 00:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə