Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ Çin rəsmilərinə viza sanksiyası tətbiq edir

ABŞ Çin rəsmilərinə viza sanksiyası tətbiq edir

Vaşinqton Çinin bir sıra rəsmi şəxslərinə və onların ailələrinə uyğurlara, etnik qazaxlara, qırğızlara və İslam dininə etiqad edən digər azlıqların nümayəndələrinə qarşı təzyiqlərə görə viza məhdudiyyəti tətbiq edir. Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun bəyanatında bildirilir. Məlumatı “İnterfaks” verib. 

“Bu gün mən Çin hökumətinin və Kommunist Partiyasının Sintszyan əyalətində uyğurlara, etnik qazaxlara, qırğızlara və İslam dininə etiqad edən digər azlıqların nümayəndələrinə təzyiq etməkdə, onları həbsə atmaqda, yaxud qəddar rəftar etməkdə məsuliyyət daşıyan, eləcə də birbaşa iştirak edən rəsmi şəxsləri üçün viza məhdidiyyəti tətbiq olunduğunu elan edirəm”, – deyə sənəddə bildirilir. 
Bəyanada qeyd olunur ki, məhdudiyyətlər ABŞ Dövlət Departamentinin “qara siyahı”sına düşmüş Çin məmurlarının ailə üzvlərini də əhatə edə bilər.
Xatırladaq ki, bu günlərdə ABŞ-ın Ticarət Nazirliyi müsəlmanları təqib etdiyinə görə Çin Xalq Respublikasının 28 təşkilatına qarşı sanksiya tətbiq edib. Bundan əlavə, ABŞ Sinztsyan-Uyğur Muxtar Rayonunda yığcam şəkildə yaşayan uyğurlara və digər müsəlman azlıqların nümayəndələrinə qarşı münasibətdə yol verdiyi ədalətsizliyə görə Çinin hakimiyyət orqanlarını dəfələrlə tənqid edib. 
CNN-in son zamanlar yaydığı­ məlumatlarda bildirilir ki, hazırda 800 min uyğur Çinin “siyasi tərbiyə düşərgələrinə” salınıb. Müsəlman azlıqların yaşadıqları yerlərdə isə insanların ardınca texnoloji tanıma və GPS məlumat ötürücüləri vasitəsilə izləmə həyata keçirilir, yaşlı əhalidən isə DNK nümunələri götürülür.
Çinin hakimiyyət orqanları müsəlman əhaliyə qarşı bu qəddar tədbirlərini ölkədə ekstremizmə və terrorizmə qarşı mübarizə ilə əsaslandırmağa çalışır. 

 

Paşa ƏMİRCANOV,  “Xalq qəzeti”

 

10 Oktyabr 2019 00:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə