Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ rəsmisi “Brexit”lə bağlı irəliləyişin olmadığını bildirib

Aİ rəsmisi “Brexit”lə bağlı irəliləyişin olmadığını bildirib

“Bura (Londona-müəllif) “Brexit”lə bağlı danışıqları bir addım qabağa aparacaq təkliflər eşitmək ümidi ilə gəlmişdim. Ancaq, təəssüf ki, məsələ ilə bağlı hər hansı bir irəliləyişin olmadığını qeyd etməliyəm”. 

Bu sözləri Avropa Parlamentinin (AP) Prezidenti David Mariya Sassoli Britaniyanın Baş naziri Boris Consonla görüşdən sonra verdiyi bəyanatda deyib. Xəbəri “Anadolu” agentliyi yayıb.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Donald Tusk da bu günlərdə “Brexit”lə bağlı Boris Consona sərt formada xəbərdarlıq edib.
Yeri gəlmişkən, bu günlərdə Böyük Britaniya Nazirlər Kabinetinin beş üzvünün ölkənin Avropa İttifaqını “Brexit” şərtləri barədə saziş olmadan tərk etməsi təhdidlərinin artması fonunda öz postlarını tərk edə biləcəyi barədə xəbərlər yayılıb. 
 “The Times” qəzeti xəbər verir ki, söhbət Şimali İrlandiya məsələsi üzrə nazir Culian Smit, rəqəmsal texnologiyalar, mədəniyyət, kütləvi informasiya vasitələri və idman naziri Niki Morqan, ədliyyə naziri Robert Baklend, səhiyyə və sosial məsələlər naziri Mett Henkok, İngiltərə və Uelsin baş prokuroru Ceffri Koksdan gedir.
Onların istefası barədə məsələ hökumət üzvlərinin Şimali İrlandiyada uzun müddət davam edən münaqişəyə son qoyan 1998-ci il Belfast sazişinin pozulması haqqında  ciddi risklər barədə Boris Consona müraciətləri və həmçinin Baş nazirin məsləhətçisi Dominik Kamminqs barədə şübhələrdən sonra gündəmə gəlib.

M.HACIXANLI, “Xalq qəzeti” 

 

10 Oktyabr 2019 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə