Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağ ev demokratların impiçment barədə sorğusunu dəstəkləməkdən imtina edib

Ağ ev demokratların impiçment barədə sorğusunu dəstəkləməkdən imtina edib

BBC-nin yaydığı məlumata görə, Ağ ev Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə rəsmi məktub göndərərək, ABŞ Prezidentinin impiçmenti barədə sorğunu “qeyri-qanuni və qeyri-konstitusion addım” adlandırıb. Məktubda qeyd edilib ki, Ağ ev demokratların Prezident Donald Trampın impiçmenti barədə iş üzrə sorğusunu dəstəkləməyəcək.
Məktubda Ağ evin vəkili Patom Sipollone demokrat Nensi Pelosini “2016-cı il seçkilərinin nəticələrini ləğv etməyə cəhd göstərməkdə” təqsirləndirib. “Sizin təhqiqatınızda hər hansı konstitusion əsas, ədalətin pozulmasına dair iddia yoxdur, hətta müvafiq hüquqi prosedurun ən elementar qaydalarına riayət edilməyib, buna görə də icra hakimiyyətinin bu təhqiqatda iştirak edəcəyini gözləməyə dəyməz”, – deyə vəkil qeyd edib.
Məktubda daha sonra deyilir: “ABŞ Prezidentinin vəzifələrinə, o cümlədən onun bu vəzifədə gələcək varislərinin hüquqlarını müdafiə etmək öhdəliyinə uyğun olaraq, Prezident Tramp indiki şəraitdə öz administrasiyasının bu birtərəfli təhqiqatda iştirak etməsinə icazə verə bilməz”.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

10 Oktyabr 2019 00:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə