Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antonio Quterreş: BMT maliyyə böhranı ilə üzləşib

Antonio Quterreş: BMT maliyyə böhranı ilə üzləşib

BMT son onillərin ən ciddi maliyyə böhranı ilə üzləşib. Hətta bu səbəbdən artıq noyabr ayında əməkdaşların maaş ala bilməməməsi riski yaranıb. “France Press” agentliyinin yaydığı məlumata görə, bu bəyanatla təşkilatın Baş katibi Antoniu ­Quterreş çıxış edib. 
O deyib:  “BMT ayın sonuna qədər özünün maliyyə ehtiyatlarını tükədə və əməkdaşlarına maaş vermək qabiliyyətini itirə bilər”.
Sentyabr ayının sonlarına olan məlumata görə, üzv dövlətlərin ödəmələri gecikdirməsi səbəbindən təşkilatın büdcəsində 230 milyon ­dollarlıq boşluq yaranıb.
Qeyd edilir ki, ümumilikdə, 64 ölkə BMT-yə borclu qalıb. Qurum onların siyahısını dərc etməsə də, əsas borclular arasında ABŞ, Braziliya, Argentina, Meksika və İranın adları çəkilir. Həmçinin ödəmələri Venesuela, Şimali Koreya, Cənubi Koreya, Konqo Demokratik Respublikası, İsrail və Səudiyyə Ərəbistanının gecikdirdiyi açıqlanıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

10 Oktyabr 2019 00:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə