Ən son xəbərlər
Böyük Britaniya sakini “EuroMillions” lotereyasında 190 milyon avro udub. Bununla da o, ölkə tarixində ən böyük cek-pota sahib olub. Qalib beş əsas nömrə və iki “xoşbəxt ulduz”u tapmağa nail olub. Qeyd edək ki, bundan əvvəlki rekord 2011-ci ildə qeydə alınıb. O vaxt Şotlandiyadan olan cütlük 161 milyon funt-sterlinq udmuşdu.
Məlumatı RİA “Novosti” yayıb.
Hazırladı: Elçin ABBASOV,“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə