Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əli Kərimli xalqı niyə aldadır?!

Əli Kərimli xalqı niyə aldadır?!

Həmişə olduğu kimi bu dəfə də Azərbaycan dövləti demokratik dəyərlərə, qanunların aliliyinə hörmət edərək oktyabrın 8-də müxalifətin piketinə icazə verdi. Lakin piketə nə müxalifətin vahid namizədi, milli şuranın sədri, professor, III qrup əlil Cəmil Həsənli, nə də “görkəmli hüquqşünas”, radikal arzu və fikirlərlə yaşayan, “millət fədaisi”, AXCP sədri Əli Kərimli gəlmədilər.

Aldığımız məlumata görə, Cəmil Həsənli ABŞ-da “kef” edir. Xalqı aldadan Əli Kərimli isə adamları yürüşə dəvət etsə də, özü gizlənməyi bacardı.

Bir sözlə, Əli Kərimlinin siyasi sabitliyi pozmaq, iğtişaş yaratmaq planı alt-üst oldu. 1993-cü ildə Azərbaycanı, indi isə xalqı uçuruma aparan “millət fədaisi” utanmaz-utanmaz həyəsızcasına  qələbə çaldıqlarını söylədi. Halbuki bu aksiya müxalifətin gücsüz olduğunu, onun sosial bazasının olmadığını bir daha sübut etdi. Əli Kərimlinin isə siyasətdə çox zəif olduğu aşkar oldu.

Öz savadsızlığı və səviyyəsizliyi ilə seçilən Sevinc Osmanqızı isə Azərbaycan Respublikası Prezidentinin Krıma getdiyini söylədi. Halbuki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Rusiyanın Soçi şəhərinə getmişdi.Bundan əlavə, Sevinc Osmanqızı  bildirdi ki, iqtidar piketdən qorxuya düşüb. Nə qədər savadsız bir ifadə.

Vətəndaş və Ədalət Partiyasının sədri Əli Əliyev isə bildirdi ki, Azərbaycan barıt çəlləyinə yaxınlaşır. Nə qədər mənasız danışıq.

Nəhayət, Əli Kərimlini çaşdıran cəhətlərdən biri də iqtidar tərəfdarlarının  Yaşasın İlham Əliyev! – deyərək piketi daha da pozmaları oldu.

Xalq bir daha bilməlidir ki, indiki iqtidar Əli Kərimlinin oyuncaq “AXC-Müsavat” hökuməti deyil. Bu ,əsası ümummilli lider Heydər Əliyev tərəfindən qurulmuş yeni, müstəqil, suveren, regionun lider dövləti olan Azərbaycan Respublikasıdır və bu ölkədə siyasi sabitliyi heç kim poza bilməz və yaxud pozmağa cəhd edə bilməz.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

9 Oktyabr 2019 16:40 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə