• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Meksikanın milli bayramı qeyd edilib

Bakıda Meksikanın milli bayramı qeyd edilib

Meksikanın Azərbaycandakı səfirliyi sentyabrın 14-də ölkənin milli bayramı – Müstəqillik gününü qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini Flores ölkəsinin tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verib. O, Meksikanın dünya turizmi üzrə altıncı yerdə olduğunu qeyd edib. 
Səfir Meksikanın Azərbaycandakı səfirliyinin artıq üç ildir ki, fəaliyyət göstərdiyini deyib. Bu müddət ərzində iki ölkə arasında ticarət dövriyyəsi 8 dəfə artaraq 9,6 milyon dollara çatıb. O, əməkdaşlığın inkişafı istiqamətində tədbirlərin həyata keçirildiyini söyləyib. Diplomat qarşılıqlı səfərlərin əlaqələrimizin dərinləşməsinə təkan verdiyini vurğulayıb. 
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov tədbirdə çıxış edərək Azərbaycan hökuməti adından Meksika xalqını milli bayramı münasibətilə təbrik edib. O, Azərbaycan ilə Meksika arasında iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrin olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, hər iki ölkənin parlamentləri arasında əlaqələr mühüm istiqamətlərdən birini təşkil edir. Meksika Senatında Xocalı soyqırımının tanınması ilə bağlı sənədin qəbul edildiyini xatırladan Gündüz Cəfərov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. 
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

14 2018 23:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin