Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənclərin II Forum iştirakçıları təltif ediliblər

Gənclərin II Forum iştirakçıları təltif ediliblər

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə təşkil edilmiş Gənclərin II Forumu iştirakçılarının mükafatlandırma mərasimi keçirilib. 

Əvvəlcə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış edərək, bütün Forum iştirakçılarını salamlayıb, tədbirin uğurla yekunlaşmasına görə iştirakçılara təşəkkür edib.

Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin akt zalında Gənclərin II Forum iştirakçılarının və yarışlarda iştirak edən  qalibləri təltif edilib. Onlara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, Forum çərçivəsində iştirakçılar üçün müxtəlif müzakirələr, o cümlədən yarışlar keçirilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

9 Oktyabr 2019 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə