Ən son xəbərlər
İslam Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə İndoneziya İslam ölkələri gənc liderlərinin sammiti keçirilib. UHAMKA Universitetində sammit çərçivəsində keçirilmiş “İslam Əməkdaşlıq Təşkilatının 50 ili, İƏT ölkələrinin imkanları və gənclərin rolunun gücləndirilməsi” adlı seminarda çıxış edən Pakistandan olan “YFK” Beynəlxalq Kəşmir lobbi qrupunun təmsilçisi, jurnalist Zaman Bajva İslam aləmində mövcud olan münaqişələrdən söz açıb və hazırda Kəşmir ətrafında gedən situasiya barədə məlumat verib. O, həmçinin dünyada mövcud olan İslamafobiya, işsizlik və ədalətsizliyə toxunaraq müsəlman gənclərin buna qarşı birgə mübarizə aparmalı olduğunu vurğulayıb. O, çıxışında həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Qeyd edib ki, müsəlman aləmində baş verən münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların dünyaya yayılmasında onun təşkilatı istər tədbirlərlə, istərsə də sosial mediada fəallıq göstərir. “Xalq qəzeti”nə açıqlamasında o, bildirib ki, seminar çərçivəsində Pakistan, İndoneziya, Əfqanıstan, Fələstindən olan gənclərlə birgə münaqişələrlə bağlı səsimizi dünyaya duyura bilmək üçün lövhələrlə fotolar çəkdirilib. “Pakistanlı və indoneziyalı gənclər Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət” kampaniyasına dəstək nümayiş etdirərək əllərində lövhələr fotolar çəkdirmiş, həm Kəşmirdə, həm də Qarabağda baş verən qanlı olaylara etiraz səslərini ucaltmışlar. Düşünürəm ki, İslam ölkələri gəncləri bu cür məsələlərdə həmrəylik nümayiş etdirməli, əməkdaşlıqlarını gücləndirməlidir.”
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə