Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstanda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunacaq

Gürcüstanda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunacaq

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunacaq.

Yubiley tədbirləri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının təşkilatçılığı ilə keçiriləcək.

Şuranın sədri İsaq Novruzov bildirib ki, tədbirlər oktyabrın 24-də təşkil olunacaq: “Gürcüstanın Milli Parlament Kitabxanasında Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunan konfrans keçiriləcək. Bununla yanaşı,  Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında böyük ədibin əsərlərindən ibarət tamaşa təqdim olunacaq”.

İ.Novruzov deyib ki, tədbirlər çərçivəsində C.Məmmədquluzadənin Tbilisidəki ev muzeyi də ziyarət olunacaq.

Şura sədri qeyd edib ki, yubiley tədbirlərinə Azərbaycandan böyük nümayəndə heyəti dəvət olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev C.Məmmədquluzadənin 150 illik yubileyinin qeyd olunması ilə bağlı bu ilin yanvar ayında sərəncam imzalayıb. Böyük ədib Tbilisidə uzun illər yaşayıb-yaradıb və müəllifi olduğu “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Oktyabr 2019 12:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə