Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ildə 5561 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Cari ildə 5561 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramının icrası davam etdirilir. Belə ki, Xidmət tərəfindən cari ilin ötən dövrü ərzində 5561 nəfər işaxtaran və işsiz şəxs bu layihəyə cəlb edlib.

Layihə iştirakçılarından 1345 nəfəri qadınlar, 1346 nəfəri əlilliyi olan şəxslər, 1070 nəfəri məcburi köçkünlər, 348 nəfəri isə ünvanlı sosial yardımı alan vətəndaşlardır. 

Qeyd edək ki, proqrama cəlb edilən şəxslərdən 4124 nəfəri artıq təlim kursunu müvəffəqiyyətlə başa vurub. Təlimlərdə iştirakçılar biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnirlər. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar  kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin edilirlər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Oktyabr 2019 12:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə