Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kokandda “Qardaşlaşmış məktəblər” layihəsi müzakirə edilib

Kokandda “Qardaşlaşmış məktəblər” layihəsi müzakirə edilib

Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Kokand şəhərinə səfər çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, görüşlər keçirib. Şəhərin rəhbəri-hakim Marufjan Usmanov ilə görüşdə Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsini, Kokandla  Azərbaycanın şəhərlərindən birinin qardaşlaşması təklifi ilə çıxış edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfərinin gözlənildiyini və bu səfərdən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yeni imkanlar açılacağını qeyd edib.

Azərbaycanda qədim Kokand şəhərinin daha çox tanınmasına xidmət edən layihələrin, tədbirlərin artmasının vacibliyindən danışıb və bu istiqamətdə konkret təkliflərlə çıxış edib. Qardaşlaşmış məktəblər layihəsi, ortaq mədəni-ədəbi tədbirlər, mətbuat və media təmsilçilərinin qarşılıqlı səfərləri və s. istiqamətləri nəzərdə tutan təkliflər Kokand rəhbəri, hakimi tərəfindən müsbət qarşılanıb. “Kokandla  Azərbaycan arasında həyata keçirilən bütün layihələr və işlərə dəstək göstərməyə hazırıq, qardaş Azərbaycandan daha çox insanlarımızı Kokandda gözləyirik”-- deyən M.Usmanov Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edərək “qardaş Azərbaycanı daha yaxından tanımaqdan və əməkdaşlığımızın daha da inkişafı istiqamətində müzakirələrdən böyük məmnuniyyət duyaram”-- deyib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq, həyata keçirilən böyük layihələr, tədbirlər haqqında danışaraq, Kokandda  Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi, Kokand kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflərlə çıxış edib. Kokand şəhərinin və Azərbaycanın bir məktəbi ilə Görüşdə “Qardaşlaşmış məktəb” layihəsini həyata keçirmək təklifi irəli sürülüb. Azərbaycandan şagirdlərinin Özbəkistanın Kokand şəhərinə, bu şəhərdən isə şagirdlərin Azərbaycana ekskursiyaların, mübadilə proqramlarının təşkili müzakirə olunub. Sonra tərəflər bir-birilərinə hədiyyələr təqdim edib, müzakirə olunan məsələlərə dair hər iki ölkənin rəhbərliyinə təkliflər verilməsi barədə razılığa gəliblər.

Q.Paşayeva eyni zamanda Kokand şəhərinin  fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti Kokandın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil , ədəbiyyat mərkəzlərini də ziyarət ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 Oktyabr 2019 11:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Dekabr 2019 | 17:51
Krasnodarda vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə