Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Silk Way” Bakıda beynəlxalq “Caspian Air Cargo” sammitini təşkil edir

“Silk Way” Bakıda beynəlxalq “Caspian Air Cargo” sammitini təşkil edir

Dünən  “Fairmont Baku Flame Towers” otelində ənənəvi ikigünlük beynəlxalq “Caspian Air Cargo 2019” sammiti işinə başlamışdır.
Sammitin təşkilatçıları qismində Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way” və İsveçin “Euroavia International” şirkəti çıxış edirlər.
200-dən çox menecer və tanınmış dünya şirkətlərinin rəhbərlərinin qatıldığı illik forumda logistika sahəsində mövcud tendensiyalar, habelə yaxın gələcək üçün proqnozlar müzakirə ediləcək.
Sammitdə “İpək Yolu”nun bölgədəki aviaşirkətlər və hava limanları üçün potensialının açılması mövzusuna xüsusi diqqət yetiriləcək. Həmçinin ayrı-ayrı sessiyalar logistika sahəsindəki innovasiyalara, MDB üzrə yükdaşımalar bazarındakı yeniliklərə, elektron ticarətə və digər aktual mövzulara həsr olunacaq.
Sammiti  giriş nitqi ilə açan Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasətin ölkəmizin beynəlxalq arenada əhəmiyyətini daim artırdığını vurğulamışdır.
Azərbaycanın mülki aviasiyası ölkənin qeyri-neft sektorunun inkişafına mühüm töhfə verir və hazırda bu sahədə mövqeləri möhkəmləndirmək üçün yeni imkanlar araşdırılır.
“Bu gün Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan beynəlxalq arenada tranzit daşımalar üzrə əsas tərəfdaşlardan biri kimi qəbul olunur”, – deyə Arif Məmmədov qeyd etmişdir.
Onun sözlərinə görə, Azərbaycanın mülki aviasiyası qarşısında qoyulan bütün vəzifələr uğurla icra edilir və Heydər Əliyev Beynəlxalq Aeroportunun mühüm logistika habına çevrilməsi bunu bir daha təsdiqləyir.
Qeyd edək ki, son illər “Silk Way” aviaşirkəti fəaliyyət sahəsini xeyli genişləndirərək əsas habı Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu olan “Avropa-Asiya” tranzit bazarında iri aviadaşıyıcıya çevrilmişdir.
Silk Way Airlines şirkətinin mətbuat xidməti bildirir ki, 2012-ci ildə əsası qoyulduğu gündən yükdaşıyıcısı bütün dünyada bir çox istiqaməti əhatə etmək üçün marşrut şəbəkəsini daim genişləndirir. “Silk Way” Bakıdan on “Boeing 747” təyyarəsi ilə Honq-Konq, Osaka, Seul, Dakka, Şanxay, Sinqapur, Kuala-Lumpur, Çikaqo, Milan, Amsterdam, Lüksemburq, İstanbul, Dubay… kimi böyük nəqliyyat mərkəzlərinə reyslər həyata keçirir.

 

“Xalq qəzeti”

9 Oktyabr 2019 01:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə