Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 429   Bakı şəhəri, 7 oktyabr 2019-cu il


“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli 86 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 453; 2007, № 11, maddə 1179; 2008, № 9, maddə 863; 2014, № 3, maddə 310; 2018, № 3, maddə 615) 1-ci hissəsində “594 (beş yüz doxsan dörd)” rəqəm və sözləri “890 (səkkiz yüz doxsan)” rəqəm və sözləri ilə əvəz edilsin.
2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş Naziri 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə