Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!
Azərbaycanın hər yerində olduğu kimi, bizim Quba rayonunun Xanəgah kəndi də Sizin böyük qayğınız sayəsində öz görkəmini gündən-günə dəyişir, abadlaşır. Sizin bir neçə sərəncamınızla Xanəgah kəndinə, o cümlədən ətrafdakı Rustov, Növdün, Şuduq, Bağçalı və başqa kəndlərə onların tarixində ilk dəfə olaraq asfalt yollar çəkilib, dağ çaylarının üzərində gözəl körpülər salınıb.
Hörmətli cənab Prezident, çox sağ olun ki, Sizin tapşırığınızla rəhbər işçilər indi əhali ilə, sadə insanlarla daha yaxından əlaqə saxlayır, onlarla görüşüb problemlərini öyrənir və məsələləri yerində həll etməyə çalışırlar. Bu qəbullar Sizin xalqımıza və vətəndaşlarımıza böyük qayğınızın nəticəsidir. Neçə vaxt idi ki, Xanəgah kəndinin ortasından keçən çayın üzərində körpünün olmaması bizi çox narahat edirdi. Bu ilin iyul ayında kənd sakinlərinin xahişi nəzərə alınaraq Sizin tapşırığınızla çox qısa bir vaxtda Çağacıq çayı üzərində Xanəgah kəndinin hər iki tərəfini birləşdirən gözəl bir körpü tikilərək istifadəyə verildi. Kənd qəbiristanlığına gedən yol tam asfaltlandı və səliqəyə salındı.
Sizin dediyiniz kimi, doğrudan da yol olan yerdə inkişaf da var. Kəndimizə də yol çəkildikdən sonra yeni xidmət obyektləri və istirahət yerləri salınır, hər sahədə canlanma hiss olunur. Bu, bizi çox sevindirir.
Möhtərəm cənab Prezident, çox sağ olun ki, Siz hər zaman xalqın yanındasınız və bizim bütün məsələlərə belə diqqətlə yanaşırsınız. Bütün bunlara görə biz - Xanəgah kəndinin sakinləri Sizə dərin minnətdarlığımızı bildirir, hər bir addımınızı ürəkdən dəstəkləyir, doğma Vətənimizin daha gözəl gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq. Ümid edirik ki, nə vaxtsa yolunuz bizim kəndlərə də düşəcək və biz bundan çox xoşbəxt olacağıq.  
Xanəgah kəndinin sakinləri adından dərin hörmətlə, 
Absəlimov Saleh
Qurbanov Gəray
Əsədullayev Nəzər
Kazımov Aydın
Cəbrayılov Talıb
Baxışov Cəmil
Orucəliyev Məzahir
Həsənov Mövsüm
Abdulrəhimov İlham
Qurbanov Əzizağa
Pirməmmədov Qadir və başqaları 
(cəmi 64 nəfər).

 

Azərbaycan Respublikası, 
Quba rayonu, Xanəgah kəndi

9 Oktyabr 2019 01:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə