Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekvadorda etiraz aksiyaları daha da genişlənib

Ekvadorda etiraz aksiyaları daha da genişlənib

Ekvador Prezidenti Lenin Morenonun dizel yanacağı və benzinə subsidiyaların ləğv olunması barədə fərmanından sonra ölkədə nümayişlər genişlənməyə başlayıb. “Anadolu” agentliyinin yaydığı məlumata görə, hökumətin keçirdiyi iqtisadi tədbirlərə qarşı başlayan etiraz aksiyaları zamanı saxlanılanların ümumi sayı 477 nəfərə çatıb.
Ekvadorun daxili işlər naziri Mariya Paula Romonun bildiridiyinə görə, saxlanılan şəxslərin hamısı vandalizm aktlarının törədilməsində, o cümlədən təcili tibbi yardım və polis maşınlarına hücumlarda şübhəli bilinirlər.
Məlumat üçün bildirək ki, oktyabrın 3-dən başlayaraq nəqliyyat işçiləri bütün ölkə ərazisində müddətsiz tətil elan ediblər. Bundan başqa, etirazçılar avtomobil yollarını bağlayıb. Bəzi şəhərlərdə nümayişlər iğtişaşlarla müşayiət olunub. Ekvador Prezidenti yaranmış vəziyyət səbəbindən ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
Qeyd edək ki, Prezident Lenin Morenonun imzaladığı fərmandan sonra ölkədə yanacağın qiyməti 120 faizdən çox bahalaşıb. 

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

9 Oktyabr 2019 00:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə