Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aleksandr LUKAŞENKO: Ukrayna münaqişəsini biz həll etməliyik

Aleksandr LUKAŞENKO: Ukrayna münaqişəsini biz həll etməliyik

Ukrayna münaqişəsinin nizamlanması Ukrayna və Rusiyanın davamlı danışıqları yolu ilə mümkündür. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Minsk dialoqu” adlı beynəlxalq forumda bəyan edib. Məlumatı TASS verib. 

– Mən bu məsələni Ukrayna Prezidenti Vladimir Zelenski ilə müzakirə edəndə dedim ki, hansısa əlaqələr olmalıdır, çünki müharibə sənin ərazində gedir, – deyə Lukaşenko bildirib. ­
– Zelenski cavab verdi ki, problemi belə də başa düşür, müharibə Ukrayna ərazisində gedir. Ona görə də problemi həll etmək lazımdır. 
Belarus Prezidenti bildirib ki, Ukrayna Prezidentini problemin həllinə cəhd etməməkdə günahlandırmaq doğru deyil: “Çox şey bizdən asılıdır və problemin həlli üçün öz üzərimizə daha çox yük götürməliyik”.
Lukaşenko hesab edir ki, Ukrayna münaqişəsinin həllində iştirak Avropa üçün əsl imtahandır: “Əgər biz bir şeyə qadiriksə, gəlin öz evimizdə bu problemi həll edək. Ukrayna münaqişəsi sadəcə olaraq bizim üçün çağırış deyil, o, öz həllini tələb edir. Əgər biz onu həll etsək, deməli, nəyəsə qadirik. Əgər edə bilməsək, onda yığışıb danışmalıyıq. İndi Avropa da susur. Nə Qərb, nə Şərq. Bu gənc adamın – Zelenskinin ünvanına yalnız daş atırlar”.
Belarus lideri yenidən ABŞ-ın Ukrayna probleminin həllinə cəlb olunmasını təklif edib: “Niyə bu problemi ABŞ olmadan həll etmək mümkün deyil? Siz bilirsiniz, ABŞ Ukraynada təkcə Krım, Donbas, Ukraynanın ərazi bütövlüyü məsələsinə nə dərəcədə cəlb edilib. Bu ölkə, ümumiyyətlə, həm də siyasi və iqtisadi proseslərdə iştirak edir”.
Lukaşenko hətta “Avropa Ukrayna münaqişəsinin nizamlanması üçün heç nə etmir” bəyanatına görə Prezident Donald Trampı qınayıb: “Əgər bu münaqişəyə cəlb olunmuş ABŞ hərəkətə gəlməsə, heç nə alınmayacaq”. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

9 Oktyabr 2019 00:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə