Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ticarət danışıqlarının növbəti mərhələsinin vaxtı açıqlanıb

Ticarət danışıqlarının növbəti mərhələsinin vaxtı açıqlanıb

Amerika Birləşmiş Ştatları ilə Çin Xalq Respublikası arasında ticarət danışıqlarının 13-cü mərhələsi oktyabrın 10-11-də Vaşinqtonda keçiriləcək. 
Bu barədə “Bloomberg” agentliyinin yaydığı məlumatada bildirilir ki, danışıqlarda iştirak etmək üçün Çin Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xının rəhbərliyi ilə nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə Vaşinqtona səfər edəcək. Məlumata görə, nümayəndə heyətinin tərkibinə kommersiya naziri Con Şan, Çin Xalq Bankının sədri İ Qan, habelə bir neçə rəsmi şəxslər daxildir. Danışıqlarda ABŞ nümayəndə heyətinə ticarət nümayəndəsi Robert Laythauzer və maliyyə naziri Stiven Mnuçin rəhbərlik edəcəklər.
Qeyd edək ki, Vaşinqtonla Pekin ticarət mübahisələrinin nizamlanması üzrə bu il ərzində bir neçə dəfə müzakirələr aparılıb, danışıqların 12-ci mərhələsi iyulda Şanxayda keçirilib. Lakin hələlik bu məsələdə konkret irəliləyişə nail olunmayıb. Əvəzində tərəflər qarşılıqlı olaraq bir neçə dəfə idxal rüsumlarını artırıb. Bu da öz növbəsində nəinki iki ölkə arasında iqtisadi münasibətlərə, eləcə də dünya iqtisadiyyatına, birjalara təsirsiz ötüşməyib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

9 Oktyabr 2019 00:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə