Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liderlər “F-35” mövzusunu müzakirə edəcək

Liderlər “F-35” mövzusunu müzakirə edəcək

“Anadolu” agentliyinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın əvvəllərində Vaşinqtona nəzərdə tutulan rəsmi səfəri zamanı ABŞ lideri Donald Trampla “F-35” qırıcı təyyarələrinin çatdırılması məsələsini müzakirə edəcək. 
Türkiyə Prezidenti jurnalistlərə müsahibəsində deyib: “Çox güman ki, gələn ayın birinci yarısında Vaşinqtona səfər edəcəyik. Həm nümayəndə heyətləri ilə, həm də təkbətək müzakirələr aparacağıq. Bir çox məsələni və problemi hərtərəfli müzakirə etmək imkanımız olacaq. “F-35” təyyarələrinin çatdırılması mövzulardan biridir. Bu, uzun prosesdir. Saziş çərçivəsində lazım olan ödənişi həyata keçirəcəyik. Biz bu mövzunu əsaslı müzakirə edəcəyik”.
Qeyd edək ki, Türkiyənin Rusiyadan ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan “S-400” zenit-raket komplekslərini alması beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edib. Əks halda Vaşinqton ən yeni “F-35” qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyini və ya tamamilə dayandırılacağını bildirib. Ankaranın güzəştə getməyəcəyi barədə bəyanatından sonra onun proqramdakı iştirakı dayandırılıb.
Məlumat üçün deyək ki, Türkiyə azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildən qoşulduğu proqram çərçivəsində həyata keçirilməli idi.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

9 Oktyabr 2019 00:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə