Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Suşi” yemək ziyandır

“Suşi” yemək ziyandır

Yaponiya mətbəxinin məşhur yeməyi “suşi” insan sağlamlığına ciddi ziyan vura bilər. Bu, Florida Atlantik Universitetinin alimlərinin 12 illik tədqiqatı nəticəsində məlum olub. Tədqiqat nəticəsində “suşi”nin tərkibində olan superbakteriyaların antibiotiklərə qarşı davamlılığının son 5 ildə ikiqat artdığı aşkarlanıb. Bu səbəbdən alimlər çiy balıq yeməklərinin istehlakını məhdudlaşdırmağı tövsiyə ediblər.
Alimlər bildiriblər ki, dəniz suyunun tərkibindəki “vibrio alginolyticus” adlı bakteriya çiy balıqdan hazırlanan “suşi” yeməyi vasitəsilə asanlıqla orqanizmə keçir. 
Xəbəri “Telegraph” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

8 Oktyabr 2019 23:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə