Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifət niyə düz danışmır, yalan isə yerimir

Müxalifət niyə düz danışmır, yalan isə yerimir

“Azadlıq” qəzetinin sabiq baş redaktoru, Azərbaycana daim siyasi aksiya yeritməkdə “usta” olan , “millət qeyrəti çəkən” Qənimət Zahid bildirib ki, “AXC-Müsavat” hakimiyyəti Azərbaycanda ən güclü hökumət idi.

Qənimət Zahiddən soruşmaq lazımdır ki, əgər “AXC-Müsavat” hakimiyyəti güclü idisə niyə ölkə məhv olurdu, parçalanırdı? Azərbaycan niyə vətəndaş müharibəsinin astanasında idi?

Azərbaycanı bu bəladan xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev qurtardı. Əgər Heydər Əliyev olmasaydı “AXC-Müsavat” bəylərinin aqibəti necə olacaqdı bir Allah bilir. Hələ də indiki iqtidar düz 26 ildir ki, “AXC-Müsavat” hakimiyyətinin səhvlərini düzəltməklə məşğuldur. Bu səhvlər də düzəlmir ki, düzəlmir.

Qənimət Zahidə dəstək olan , keçmiş səfir , “güclü siyasətçi” Arif Məmmədov isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Valday” beynəlxalq diskussiya klubundakı çıxışını nə qədər gözdən salmaq istəsə də özü özünü ifşa edir. Əgər düşmən Ermənistanın bəzi saytları möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin çıxışını yüksək qiymətləndiriblərsə, “sapı özümüzdən olan baltalar” niyə ağız-burunlarını əyərək özlərini ifşa edirlər.

AXCP sədri, “görkəmli hüquqşünas” , “millət fədaisi” , vəzifə kürsüsündən ötrü ürəyi gedən Əli Kərimli isə özünü daha da ifşa edir. Sual olunur. Əli Kərimli niyə bağıra bağıra danışırsınız? Sakit, təmkinlə danışa bilməzsinizmi?

Nə qədər iqtidara böhtan, iftira yağdırmaq olar? Nə qədər boş-boş danışmaq olar? Əli Kərimli, aldığın 8 milyon qrantı hara xərcləmisən? Sənin oğlun Britaniyada hansı pullarla oxuyub? Saxladığın mühafizə xidmətinə pulu haradan verirsən?

Nəhayət, cəbhəçilər tərəfindən satqın adlandırılan, Əli Kərimli tərəfindən yüksək yerdə əyləşən Gültəkin Hacıbəyli. Deyirdiniz ki, xalq sizinlədir. Lakin xalqı meydana yığmaq üçün yalvarırsınız.  Onu da bilməlisiniz ki, piketdə yalnız 50 nəfər iştirak edə bilər. Çox təəssüf ki, müxalifətin yeganə namizədi, “dünya şöhrətli”  tarixçi, III qrup əlil Cəmil Həsənli burada olmayacaq. Xaricdə “kef” edir. Bir sözlə, niyə özlərini müxalifət adlandıranlar yalan danışır.

Əli Kərimli deyir ki, cəbhəçilər söyüş söymür. Xaricdən Vidadi İsgəndəroğlu, “İnqilab TV”, Orduxan Teymurxanlı sizin adamlarınız deyilmi? Onların işlətdikləri söyüşləri, jarqon sözləri  ən avara küçə avaraları da işlətmir.

Cəmil Həsənli demişkən: Ar olsun sizə!

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

8 Oktyabr 2019 16:20 - CƏMİYYƏT
CƏMİYYƏT
11 Oktyabr 2019 | 12:23
Köhnə hamam, köhnə tas

Köhnə versiyamızdan xəbərləri izlə