Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP layihəsinin icrasında 13 insan çalışıb

TANAP layihəsinin icrasında 13 insan çalışıb

TANAP boru kəməri boyunca indiyədək sosial və ətraf mühitin mühafizəsi məqsədi ilə minə yaxın layihə həyata keçirilib. Bu beynəlxalıq layihənin gerçəkləşdirilməsində müxtəlif ölkə və xalqları əhatə edən 13 min insan çalışıb.

TANAP-ın baş direktoru Saltuk Düzyol İstanbulda keçirdiyi mətbuat konfransında bu barədə məlumat verərək bildirib ki, layəhənin icrası zamanı boru kəmərinin keyfiyyətinə, ətraf mühitin mühafizəsinə, əməyin təhlükəsizliyi və sağlamlığın qorunmasına dair beynəlxalq standartlara əməl olunub. O bildirib ki, layihədə 114 milyon 251 min 824 adam-saat iş yerinə yetirilib. İnşaat həyata keçirilən ərazilərdə qazıntı işlərinin ümumi həcmi 50 min 908,4 kubmetr olub.

Xatırladaq ki, TANAP layihənin ən intensiv mərhələsində ilk dəfə 30 iyun 2018-ci ildən Türkiyəyə kommersiya məqsədilə təbii qaz nəqli həyata keçirilib.

 

R.TAHİR,
“Xalq qəzeti”

8 Oktyabr 2019 15:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə