Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Latviyalı qonaqlar Goranboyda

Latviyalı qonaqlar Goranboyda

Latviya Respublikasının Valka şəhəri ilə Azərbaycanın Goranboy şəhəri arasında qardaşlıq əlaqələri qurulur. Ölkə mediasında bu barədə yayılan məlumatda bildirilir ki, oktyabrın 7-də Valka şəhərinin meri Armands Krauklis 6 nəfərlik nümayəndə heyəti ilə Goranboy şəhərinə 3 günlük səfərə gəlib. Heyəti Latviyanın Azərbaycandakı səfiri  Daynis Qarançs öz xanımı ilə birgə müşayiət edir.

Goranbor Rayon İcra Hakimiyyətində keçirilən  qəbulda RİH-in başçısı Məhərrəm Quliyev qonaqları  səmimi salamlayıb, iki şəhər arasında qardaşlıq əlaqəsi yaradılmasının önəmini qeyd edib. Səmimi söhbətdən sonra qonaqlar ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzində və Dövlət Bayrağı Muzeyində dövlətçilik tariximizin şanlı səhifələri ilə tanış olub. Mədəniyyət Mərkəzində, Tarix-Diyarşunaslıq Muzeyində, Şəhər Uşaq İncəsənət Məktəbində qonaqlara milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz  və milli mədəniyyət nümunələrimiz barədə geniş məlumat verilib. Latviyalılar şəhərin görməli yerlərini gəziblər, onlar Azərbaycan mətbəxinin çeşidli nemətlərinə qonaq ediliblər.

 

R.TAHİR,
“Xalq qəzeti”

8 Oktyabr 2019 15:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə