Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat Musa Qasımov: Hazırda baş nazir vəzifəsinin icrası zamanı əsas şərt məqsədlərə tez bir zamanda nail olmaq, islahatlarla ayaqlaşmaqdır

Deputat Musa Qasımov: Hazırda baş nazir vəzifəsinin icrası zamanı əsas şərt məqsədlərə tez bir zamanda nail olmaq, islahatlarla ayaqlaşmaqdır

Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, əmininik ki, yeni baş nazirimiz ölkə Prezidentinin rəhbərliyi altında yürüdülən sosial iqtisadi islahatların daha səmərəli həyata keçirilməsinə öz töhfəsini verəcək.

Musa Qasımlının sözlərinə görə, dövlətin idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması üçün kadr sahəsində uğurlu islahatlar aparılır və bu, bundan sonra da davam etdiriləcək: “Azərbaycanın yeni Baş Naziri vəzifəsinə Əli Əsədovun təyinatı Prezident İlham Əliyevin səlahiyyətlərinə daxildir. Prezident ölkədə aparılan islahatları nəzərə alaraq, bu posta qarşıya qoyulan məqsədlərə daha tez çatmağa nail ola biləcək bir namizəd irəli sürüb və o, bu məqsədlərə daha tez nail olacaq. Milli Məclis də bu təyinata razılıq verib. Bundan əvvəl də biz Prezidentin apardığı kadr siyasətinin uğurlu olmasının şahidi olmuşuq. Əminəm ki, yeni baş nazirimizin enerjili olması daha fəal işləməsinə kömək edəcək. Bu gün ölkəmizdə geniş islahatlar həyata keçirilir. Bu islahatlar onun rəhbərliyi altında daha da genişlənərək yeni sahələri əhatə edəcək".

Deputat əlavə edib ki, hazırda baş nazir vəzifəsinin icrası zamanı əsas şərt effektivlik, qarşıya qoyulan məqsədlərə tez bir zamanda nail olmaq, islahatlarla ayaqlaşmaqdır.

 

“Xalq qəzeti”

8 Oktyabr 2019 15:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Oktyabr 2019 | 22:11
“İstiqlaldan hürriyətə”

Köhnə versiyamızdan xəbərləri izlə