Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fizika üzrə Nobel mükafatları təqdim olundu

Fizika üzrə Nobel mükafatları təqdim olundu

İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində fizika üzrə Nobel mükafatları təqdim olunub.

Bu il mükafatın laureatları amerikalı Ceyms Piblz, isveçrəli Mişel Mayor və Didye Keloz olublar.

İsveç Kral Akademiyasının relizində bildirilir ki, Ceyms Piblz fiziki kosmologiya sahəsində nəzəri kəşflərinə, Mayor və Keloz isə  Günəşəbənzər ulduzun orbitində ilk ekzoplanetin kəşfinə görə mükafata layiq görülüblər.

Qeyd edək ki, oktyabrın 9-da kimya, 10-da ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-də sülh və oktyabrın 14-də iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

Mükafatlandırma mərasimi Stokholmda dekabrın 10-da Alfred Nobelin (1833-1896) ölüm günündə keçiriləcək.

Bu il hər mükafatın məbləği 9 milyon İsveç kronuna (900 min ABŞ dolları) bərabərdir.

 

“Xalq qəzeti”

8 Oktyabr 2019 15:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə