Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məşhur rəssamın əsəri auksionda 9.9 milyon funt-sterlinqə satılıb

Məşhur rəssamın əsəri auksionda 9.9 milyon funt-sterlinqə satılıb

Britaniyalı qraffit rəssamı Benksinin Britaniya parlamentinin üzvlərini təsvir edən "Devolved Parliament” ("Deqradasiya etmiş parlament”) əsəri auksionda 9.9 milyon funt-sterlinqə satılıb.

Yağlı boyalarla kətan üzərində çəkilmiş tablo 2009-cu ildə hazırlanıb. Əsər rəssamın kətan üzərindəki ən böyük işidir və bu günədək satılan ən bahalı rəsm əsəridir. 4x2,5 metr ölçüdə tabloda Britaniya parlamentinin İcmalar Palatası təsvir edilib, lakin parlament skamyalarında, qalereyada və sədrin kreslosunda şimpanze və oranqutanqlar oturub. Benksi "Devolved Parliament” əsərini 2009-cu ildə Bristol Muzeyində sərgi üçün yaradıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Oktyabr 2019 15:07 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə