Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Azərbaycan Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir

Deputat: Azərbaycan Rusiya və Türkiyə arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir

Milli Məclisin deputatı Rasim Musabəyov Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində keçirilən “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfransda bildirib ki, Bakı Azərbaycanın strateji tərəfdaşları olan Rusiya və Türkiyə arasında dostluq münasibətlərini dəstəkləyir.

Deputat qeyd edib ki, Azərbaycan, eyni zamanda Bakı-Moskva-Ankara müstəvisində üçtərəfli əməkdaşlıq formatını yüksək dəyərlədirir. Ermənistan isə böyük dövlətlərin rəqabətindən faydalanmağa çalışır.

Deputat bildirib ki, üç regional dövlət arasında əməkdaşlığın güclənməsi onların hər biri üçün faydalıdır, bu əməkdaşlıq regionda sabitliyin və enerji təhlükəsizliyinin qorunmasına yönəlib: “Hər üç dövlət regionun siyasi sabitliyinin möhkəmlənməsi və iqtisadi inkişafı üçün səy göstərir. Bu, üçtərəfli əsasda münasibətlərin özülünün möhkəmləndirilməsi üçün əsas amildir”.

 

“Xalq qəzeti”

8 Oktyabr 2019 14:42 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə