Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP-ın baş direktoru: Gəlirin 58 faizi Azərbaycana düşəcək

TANAP-ın baş direktoru: Gəlirin 58 faizi Azərbaycana düşəcək

TANAP-ın baş direktoru Saltuk Düzyol İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, qaz-boru kəməri tam gücü ilə işə düşdükdən sonra qazın nəql edilməsindən 1,45 milyard dollara qədər gəlir əldə ediləcək. Bu məbləğin 58 faizi Azərbaycana çatacaq.

Saltuk Düzyol qeyd edib ki, Azərbaycan, eyni zamanda TANAP kəməri ilə daşınan öz təbii qazından gəlir əldə edəcək: "Trans-Anadolu qaz boru kəmərinin (TANAP) işə salınması Azərbaycanla Türkiyə arası qaz nəqli həcmlərini artıracaq. Nəticədə Türkiyənin Rusiyadan alınan qazdan asılılığını daha da azaldacaq".

Baş direktor əlavə edib ki, indiyədək TANAP-ın işlənilməsi çərçivəsində qazın nəqlindən Türkiyə hökumətinə hər min kubmetrə 5,95 ABŞ dolları ödənilib.

 

“Xalq qəzeti”

8 Oktyabr 2019 14:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə