Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp: ABŞ "inanılmaz yeni silahlar" hazırlayır

Tramp: ABŞ

Prezident Donald Tramp jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ ən yeni sualtı qayıqlar da daxil olmaqla "inanılmaz yeni silahlar" hazırlayır.

ABŞ prezidentinin dediklərinə görə, yaxın həftələrdə Amerika tərəfi bəzi yeni silah sistemlərini nümayiş etdirə bilər: "Hazırda biz inanılmaz yeni silahlar hazırlayırıq. Heç kimin xəyal edə bilmədiyi silahlarımız var".

D.Tramp qeyd edib ki, ABŞ nüvə silahlarını inkişaf etdirir və yenilərini yaradır: "Heç kimin ağlına gəlməyəcəyi sualtı qayıqlar qururuq. Ümid edirəm ki, onlardan heç vaxt istifadə etməyəcəyik".

 

“Xalq qəzeti”

8 Oktyabr 2019 12:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə