• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan regionu yeni hərbi avantüra ilə üz-üzə qoyur

Ermənistan regionu yeni hərbi avantüra ilə üz-üzə qoyur

Ermənistanda “Şant-2018” hərbi komanda-qərargah təlimləri keçirilir. İşğalçı ölkənin parlamenti bundan sui-istifadə edərək təlim çərçivəsində Azərbaycana qarşı müharibə elan edib. Ölkəmizdə hər bir vətənpərvər insan kimi, mən də bu faktı dərin qəzəb hissi ilə qarşıladım. Ermənistan bununla da işğalçı və təcavüzkar dövlət olduğunu təsdiq etdi.
Beləliklə, Ermənistanın yeni iqtidarı Sarkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirərək, regionu yeni hərbi avantüralar və təhlükələrlə üzbəüz qoyur. Təssüf ki, dünya birliyi Paşinyanın dirijorluğu ilə idarə olunan bu avatntüraya göz yumur. Yeri gəlmişkən, bu günlərdə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşündə işğalçı Ermənistan hökumətinin yeni başçısı Nikol Paşinyanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsuliyyətsiz və populist bəyanatlarını kəskin tənqid etdi. Mən Əfqanıstan və Qarabağ müharibələrinin veteranı olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli il də bağlı qətiyyətli və prinsipial mövqeyini tamamilə dəstəkləyirəm. 
Ermənistanın yeni baş naziri Nikol Paşinyan fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir-birindən ziddiyyətli, mənasız çıxışlar edir, sərsəm bəyanatlar səsləndirir. Əlbəttə, o bunu ilk növbədə, daxili auditoriya üçün edir. Paşinyanın niyyəti həm də dünya ictimaiyyətini aldatmaq, diqqəti Dağlıq Qarabağın işğal faktından yayındırmaqdır. Lakin bu məqsədinə o heç vaxt çata bilməyəcək. Çünki qarşısında iqtisadiyyatı gündən-günə güclənən, regionda ən güclü orduya malik olan, ən başlıcası, doğma torpağını düşməndən hər an azad etməyə hazır və buna qadir olduğunu 2016-cı ilin Aprel döyüşləri zamanı bir daha qətiyyətlə nümayiş etdirən Azərbaycan dövləti dayanıb.
Hər şey göz qabağındadır. Heç kəsə sirr deyil ki, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu özünün məsuliyyətsiz bəyanatları ilə ört-basdır etməyə çalışır. O, başını itirib və çıxış yolunu tapa bilmir. Qəsbkar və işğalçı Ermənistan faktiki olaraq beynəlxalq hüquqa, dünya ictimaiyyətinə, xüsusilə də Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərinə cavabdeh olan ATƏT rəhbərliyinə hörmətsilik edir. ATƏT buna adekvat reaksiya verməlidir. İşğalçı ölkə törətdiyi ağır cinayətin cavabını almalıdır. 

Sərraf ORUCOV, 
“Beynəlmiləlçi əlil döyüşçülər” Fondunun rəhbəri 

 

14 2018 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin