Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qadınlar turizmdə: Aşılan sədlər” layihəsinin icrasına start verilib

 “Qadınlar turizmdə: Aşılan sədlər” layihəsinin icrasına start verilib

Oktyabrın 7-dən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 15 gənc xanım tələbənin iştirakı ilə “Qadınlar Turizmdə: Aşılan sədlər” layihəsi çərçivəsində təlim - təcrübə proqramının icrasına başlanılıb.

Layihənin təşkilində başlıca məqsəd ATMU tələbələrinin peşəkar inkişafını və turizm sahəsinə düzgün istiqamətlənməsini təmin etmək, adıçəkilən iş mühitinə sağlam düşüncə ilə alışmalarına zəmin yaradılmasından ibarətdir.

“Sosial sahibkarlıq”, “Gendər məsələləri”, “Otel və İdarəçilik sistemi” mövzularını şərtləndirən 10 sessiyada nəzəri təlimlər ATMU-da, praktik vərdişlər isə “New Baku” otelində gerçəkləşəcək.

Məlumat üçün bildirək ki, təlimin ilk həftəsi ATMU-nun məzunu, BUTA Art&Sweets təsisçisi Sara Rəcəblinin rəhbərliyi ilə “Sosial Biznes Anlayışının yaranması, əsas fərqlər və keyslər” mövzunun hərtərəfli müzakirəsinə və həmçinin qrup işlərinin hazırlanmasına həsr olunub. Növbəti həftələrdə keçiriləcək “Genderə giriş”, “Streotip Stiqma və Diskriminasiya” adlanan təlimlər isə Turana Nurinin təqdimatında keçiriləcək. Son 2 günlük təlim və 2 həftəlik təcrübə mərhələsinə SMART HOTEL MANAGEMENT- in əməkdaşı Diana Korobovanın moderatorluğu ilə yekun vurulacaq.

ATMU tərəfindən dəstəklənən "Qadınlar Turizmdə: Aşılan Sədlər" adlı təlim -- təcrübə proqramı noyabrın 2-nə kimi davam edəcək. Universitetin mətbuat  xidmətindən bildiriblər ki, layihənin təsisçisi Xəyalə Məmmədovadır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Oktyabr 2019 11:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə