Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ KXDR ilə nüvəsizləşdirmə ilə bağlı danışıqları bərpa etməyə hazırdır

ABŞ KXDR ilə nüvəsizləşdirmə ilə bağlı danışıqları bərpa etməyə hazırdır

ABŞ Dövlət Departamenti KXDR-in yaxın həftələrdə nüvəsizləşdirmə dialoqunun davam etdirilməsi barədə qərar verməsinə ümid edir.

ABŞ-ın tərksilah konfransındakı daimi nümayəndəsi Robert Vud qeyd edib ki, Vaşinqton danışıqları davam etdirmək üçün Stokholma qayıtmağa hazırdır.

Qeyd edək ki, KXDR-in xüsusi tapşırıqlar üzrə səfiri Kim Myon Qilin rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın rəhbərlik etdiyi nümayəndə heyəti Stokholmda rəsmi işgüzar görüşlər keçirib.

Ancaq danışıqların bitməsini gözləmədən, Şimali Koreyalı diplomatlar işçi görüş yerini tərk ediblər. Onlar danışıqlar prosesinin pozulmasına görə ABŞ-ı günahlandıraraq bildiriblər ki, Vaşinqton problemə köhnə yanaşmadan əl çəkmək istəmir. Bəzi ekspertlər Şimali Koreyanın danışıqları tərk etməsini təzyiq vasitəsi hesab edirlər.

ABŞ təmsilçiləri qeyd ediblər ki, onlar İsveçin iki həftə sonra danışıqları davam etdirmək təklifini qəbul ediblər. İsveçin təklifinə Şimali Koreyanın münasibəti hələlik bəlli deyil.   

 

“Xalq qəzeti”

8 Oktyabr 2019 10:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə