• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avrasiya İqtisadi Komissiyası Azərbaycanın Rusiyadakı səfirliyinin müraciətinə cavab verib

Avrasiya İqtisadi Komissiyası Azərbaycanın Rusiyadakı səfirliyinin müraciətinə cavab verib

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Avrasiya İqtisadi Komissiyasının rəsmi məcmuələrində dərc olunmuş xəritələrdə Dağlıq Qarabağ ərazisinin Ermənistanın tərkibinə daxil edilməsi ilə bağlı komissiyanın rəhbərliyinə Azərbaycan tərəfinin narahatlığını çatdırıb. Bu barədə səfirliyin mətbuat xidmətindən məlumat veriblər. 
Səfir təşkilatın məcmuələrində yerləşdirilmiş təxribat xarakterli məlumata dair Azərbaycan tərəfinin narahatlığını ifadə edərək, məsələnin araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edib.
Təşkilatdan verilən məlumata əsasən, narahatlığın haqlı olduğu vurğulanıb və buraxılan səhvlərin tezliklə aradan qaldırılacağı, bu cür vəziyyətin yaranmasının səbəblərinin araşdırılacağı, təqsirli şəxslərin cəzalandırılacağı bildirilib. 
 

Fəridə Abdullayeva, 
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

14 2018 23:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin