• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 15.7 ° C / 65%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Sərhəd Xidmətində görüş

Dövlət Sərhəd Xidmətində görüş

2018-ci il sentyabrın 14-də Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət Sərhəd Xidmətinin aparatında cənab Aviqdor Libermanın təntənəli qarşılanma mərasimi keçirilmişdir. Rəsmi protokola uyğun olaraq İsrail Dövlətinin rəsmisi “Fəxri qonaq kitabı”na ürək sözlərini yazmışdır.  
Geniş tərkibdə keçirilmiş görüşdə Azərbaycan Respublikası və İsrail Dövləti arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunmuş, hərbi-texniki və təhlükəsizlik sahələrində birgə fəaliyyətlərin uğurla həyata keçirilməsi xüsusi vurğulanmışdır. 
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının dövlət sərhədlərindəki əməliyyat şəraiti, Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edildiyi və mövcud vəziyyətin sərhəd təhlükəsizliyi üçün əsas təhdid olduğunu vurğulamış, son dövrdə Azərbaycan Respublikasının sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi üzrə görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə məlumat vermişdir.  
Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar və təhdidlər ətrafında fikir mübadiləsi aparılmış, birgə  əməkdaşlığın gələcək perspektivləri və istiqamətləri nəzərdən keçirilmiş, ikitərəfli əlaqələrin uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

14 2018 23:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin