Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib

Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Oman Mədəniyyət Assosiasiyasının prezidenti Dr, Aişə Əd Dərməki, Serbiya Yazıçılar Birliyinin fəxri sədri Radomir Andriç, Moldova Pen Təşkilatının sədri Leo Butnaru və Slavakiya şairi Valeri Kupka ilə görüş keçirilib. Bu barədə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq qonaqları salamlayıb. Akademik bildirib ki, Avrasiya yazıçılarının “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalı çox böyük əhəmiyyətə malikdir. Bu, həqiqətən böyük ədəbiyyat hadisəsidir, bütün tərəflər üçün əhəmiyyətlidir. Azərbaycan üçün də ev sahibi kimi əhəmiyyətli və məsuliyyətlidir. Bundan sonra da ədəbiyyatın dünyada inkişafına böyük təkan verən hadisə olacaq. Mən açılış tədbirində iştirak etdim, çox böyük təəsüratlarla ayrıldım.

İnstitutun direktoru onu da əlavə edib ki, adından göründüyü kimi bizim İnstitut ədəbiyyatı öyrənir. İnstitutumuzun 86 yaşı var, əsas istiqamət Azərbaycan ədəbiyyatını öyrənməkdir. Eyni zamanda Ədəbi tənqid və Ədəbiyyat nəzəriyyəsi şöbələri də vardır. Bunlardan başqa Dünya ədəbiyyatı şöbəsi var ki, həmin şöbədə daha çox Qərb, əsasən Avropa ədəbiyyatı öyrənilir. Bizim eyni zamanda Asiya və Türk xalqları ədəbiyyatını öyrənən şöbələrimiz də var. Bu ölkələrin bəzilərinə aid mütəxəsislər vardır, bir çoxu isə yeni formalaşır. Oman ədəbiyyatını son illərdə Bədii Tərcümə Mərkəzi ilə birgə öyrənirik. Artıq nəticə var, Oman ədəbiyyatının nümayəndələri Azərbaycan dilinə tərcümə olunub, ilk dəfə antologiya çap edilib. Bu iş davam edir, oradakı həmkarlarımızla əlaqə qurmuşuq. Sizin gəlməyiniz də bu əlaqələrin inkişafına kömək edəcək. Avropa Ədəbiyyatı haqqında onu əlavə edə bilərəm ki, sovet dövründən fərqli olaraq indi Moldova ədəbiyyatı Rumıniya ədəbiyyatı ilə bir yerdə öyrənilir.

Sonra “Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu bu görüşün təşkili üçün akademik İsa Həbibbəyliyə təşəkkür edərək qonaqların fəaliyyəti haqqında məlumat verdi. O qeyd etdi ki, Dr, Aişə Əd Dərməki Oman Mədəniyyət Assosiyasının prezidentidir. Həmin təşkilat Oman Sultanının diqqət mərkəzində olan bir qrumdur. Biz ilk dəfə olaraq əlliyə yaxın omanlı müəllifi əhatə edən “Oman ədəbiyyatı” xüsusi sayınının nəşrinə nail olmuşuq. İmamverdi Həmidovun iştirakı ilə Oman haqqında məqalələr kitabını çap etmişik. Gələcəkdə azərbaycanlı alimlərin Omanda, eləcə də onların burada məqalələrini nəşr etməyi düşünürük.

Radomir Andriç isə şairdir, uzun illər Serbiya Yazıçılar Birliyinin sədri olub, indi isə fəxri sədrdir. Azərbaycan ədəbiyyatının yaxın dostudur. Yazıçıların Beynəlxalq Belqrad görüşünün təşkilatçısıdır. 50 ildən artıq tarixi olan Belqrad görüşlərində on ildən çoxdur ki, Azərbaycandan da iştirakçılar qatılır. Leo Butnaru görkəmli rumin və moldovan şairidir. “Nobel” mükafatına Rumıniya Yazıçılar İttifaqı tərəfindən təqdim olunub. Rumıniya Pen Təşkilatının Kişinyov filialının sədridir. Valeri Kupka isə tanınmış Slavakiya şairidir.

Daha sonra Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri Gülər Abdullabəyova, qonaqlar Dr, Aişə Əd Dərməki, Radomir Andriç, Leo Butnaru, Valeri Kupka çıxış edərək belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

7 Oktyabr 2019 12:27 -
26 Sentyabr 2019 | 23:08
Yeni model istehsal edilib
20 Sentyabr 2019 | 12:01
Atəşkəs rejimi 21 dəfə pozulub

Köhnə versiyamızdan xəbərləri izlə