Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oktyabrın 7-də gözlənilən hava şəraiti haqqında məlumat

Oktyabrın 7-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacaq. Yağmursuz keçəcək.  Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi əsəcək,  gündüz  güclü şimal-qərb  küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 16-20° isti, gündüz  21-24° isti,

Bakıda gecə 17-19° isti, gündüz 21-23°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi 751 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 60-70 %, gündüz 55-60 % olacaq.  

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.  Bəzi şimal və şərq rayonlarında  intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda  əsasən yağmursuz.  Səhər bəzi yerlərdə duman. Qərb  küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz  23-28° isti,

dağlarda gecə 8-13° isti, gündüz  13-18° isti təşkil edəcək.

7 Oktyabr 2019 12:25 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə