Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Lənət” tamaşası YUĞ teatrında

“Lənət” tamaşası YUĞ teatrında

“YUĞ” Dövlət Teatrının ən yeni tamaşalarından olan V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası oktyabrın 26-da növbəti dəfə nümayiş ediləcək.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə YUĞ Teatrının aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.

Yeni səhnə redaksiyasında təqdim ediləcək səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

7 Oktyabr 2019 12:19 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə