Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müxalifətin təşvişi və yaxud iqtidara qarşı yeni böhtan

Müxalifətin təşvişi və yaxud iqtidara qarşı yeni böhtan

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” beynəlxalq diskusiya klubundakı çıxışı böyük əks-səda doğurdu. Möhtərəm Prezidentimiz o qədər güclü və konkret çıxış etdi ki, burada olan dövlət başçıları, politoloqlar, ictimai-siyasi xadimlər onu güclü alqışladılar. Hətta Rusiyanın “Rossiya” və “Birinci” kanalları cənab Prezidentimizdən müsahibə də götürdülər.

Azərbaycan xalqı, dünyanın mütərəqqi adamları bu çıxışın olduqca güclü, vacib və əlamətdar olduğunu bildirdilər.

Lakin möhtərəm Prezidentimizin bu çıxışı müxalifəti  təşvişə salıb. Radikal fikirli , “görkəmli hüquqşünas “ , millət fədaisi” Əli Kərimli, öz savadsızlıqları və səviyyəsizlikləri ilə seçilən, mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və Sevinc Osmanqızı  və digərləri bu çıxışa siyasi don geyindirməyə, heç kimin başa düşmədiyi siyasətdən danışmağa başlayıblar. Həmişə radikal arzularla yaşayan, mübahisə yaratmaqda usta olan bu şəxslər təşvişə düşdükləri üçün özləri-özlərini çaşdırırlar.

Məsələn, Möhtərəm Prezidentimiz  cənab İlham Əliyev çıxışında bildirdi ki, 1993-cü ildə “AXC-Müsavat” hakimiyyəti dövründə Azərbaycanda vətəndaş müharibəsi baş verə bilərdi, lakin ümummilli lider Heydər Əliyev bunun qarşısını aldı və düz 26 ildir ki, Azərbaycanda siyasi sabitlik hökm sürür. Azərbaycanın hər bir uğuru, möhtərəm Prezidentimiz İlham Əliyevin hər qələbəsi müxalifət “qəhrəmanlarının” kürkünə birə salıb. Öz ölkəsinə qarşı həmişə siyasi aksiya yeridən Qənimət Zahid OSMANQIZI TV ilə çıxışında bildirdi ki, gərək Prezident bunu deməyəydi.

Beləliklə, müxalifətin səhvlərini demək olmaz. Amma müxalifət istədiyi qədər iqtidara iftira, böhtan yağdıra bilər. Bu hansı məntiqə əsaslanır.

Digər tərəfdən isə AXCP sədri, “millət fədaisi” Əli Kərimli əhalini şəhərin mərkəzində keçirilən aksiyaya dəvət edirlər. Halbuki aksiyada 50 nəfərdən çox adam iştirak edə bilməz.

Nəhayət, öz partiyasında sabitlik yarada bilməyən, daim intiriqa ilə məşğul olan, radikal arzularla yaşayan Əli Kərimli hakimiyyətə gəlmək istəyir. Xalq isə onu qəbul etmir. AXCP təftiş komissiyasının sədri Aydın Əliyev bildirib ki, Əli Kərimlinin iç üzü hələ tam açılmayıb. Onun iç üzü açılanda xalq ona daha çox nifrət edəcək.

 

Qəzənfər QASIMOV,
”Xalq qəzeti”

7 Oktyabr 2019 12:09 - CƏMİYYƏT
CƏMİYYƏT
31 Oktyabr 2019 | 16:55
Əli Kərimlinin növbəti şousu

Köhnə versiyamızdan xəbərləri izlə