Ən son xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumatda bildirilir ki, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq oktyabrın 11-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Tərtər rayonunda Tərtər və Ağdam rayonlarının vətəndaşlarını fərdi qaydada qəbul etməli idi.
Nazirlikdən aldığımız xəbərdə deyilir ki, vətəndaşların qəbulu ilə bağlı nazir Sahil Babayevin Tərtər rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Nazir Tərtər rayonunda Tərtər və Ağdam rayon sakinləri ilə oktyabrın 25-də görüşəcək.
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə